AVİABİLETLƏR



Yarandığı gündən etibarən müştərilərinə yüksək xidmət göstərən şirkətimiz Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA - International Air Transport Association), o cümlədən Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən aviabiletlərin birbaşa satışı üzrə akkreditasiya edilmiş və sertifikatlaşdırılmış rəsmi agentlik olaraq fəaliyyət göstərir.

Rəsmi olaraq bir çox aviaşirkətlərlə birbaşa müqavilələr əsasında çalışan şirkətimiz müştərilərə aviaşirkərlərin təqdim etdiyi minimal və sərfəli qiymətlərlə, onların səyahət istiqamətlərinə ən uyğun, ən optimal seçimləri təklif etmək ücün 7/24 xidmət göstərir.

Aviabilet satışı üzrə ixtisaslaşdırılmış peşəkar menecerlərimiz istər fərdi, istərsə də korporativ səyahətlər üçün mümkün olan ən səmərəli, ən təhlükəsiz və hər detalı diqqətlə planlaşdırılan uçuş təkliflərini təqdim edəcəklər.

Müştərilərimiz tarif qaydalarına uyğun olaraq bizdən alınan aviabiletlərin tarixinin dəyişdirilməsi və ya qaytarılması üçün əməkdaşlarımıza 7/24 olaraq istədikləri vaxt müraciət edə bilərlər. Peşəkar menecerlərimiz yarana biləcək narahatlıqları minimuma endirmək və səyahətlərin daha da yadda qalan olması üçün müştərilərimizə maksimal yüksək xidmət göstərəcəklər.










TƏRƏFDAŞLAR